Çində son sutkada cəmi 2 yoluxma qeydə alınıb

Çində son sutkada cəmi 2 yoluxma qeydə alınıb
  03 May 2020    Oxunub:3050
Çində son sutka ərzində koronavirusa iki yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan biri ölkəyə idxal olunub, digər yoluxma daxildə baş verib. Sutka ərzində koronavirusdan ölüm halı olmayıb.

Qeyd edək ki, dekabr ayından bu yana Çində koronavirusa yoluxmadan 4633 nəfər ölüb, ümumi yoluxma sayı 82 min 877-dir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti