Fransada pandemiya qurbanlarının sayı 25 minə çatır

Fransada pandemiya qurbanlarının sayı 25 minə çatır
  02 May 2020    Oxunub:3189
Fransada son sutka ərzində 218 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon məlumat verib.

O bildirib ki, Fransada koronavirusdan ölənlərin sayı 24 min 594-ə çatıb. Ötən sutkada 668 yeni yoluxma qeydə alınıb. Virusa yoluxanların ümumi sayı 130 min 185 nəfərdir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti