Ramin Bayramlı: “Epidemioloji vəziyyət nəzarət altındadır”

  Ramin Bayramlı:  “Epidemioloji vəziyyət nəzarət altındadır”
  01 May 2020    Oxunub:4846
"Gələn həftə ilk modul tipli xəstəxana bizə təhvil veriləcək. Orada çalışacaq tibb işçilərinin təlimi başa çatıb".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

R.Bayramlı, həmçinin qeyd edib ki, ötən həftə fəaliyyətə başlayan 1542 Çağrı Mrəkəzinə koronavirus xəstəliyi ilə bağlı 2271, psixoloji dəstəklə bağlı 961, poliknik xidmətlər üzrə 1209 müraciət daxil olub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti