ÜST-dən Azərbaycan vətəndaşlarına tövsiyə

 ÜST-dən Azərbaycan vətəndaşlarına tövsiyə
  01 May 2020    Oxunub:2884
Azərbaycanda karantin rejiminin yumşaldılmasının tez və ya gec olması virusa yoluxan xəstələrin sayında artma, ya da azalmanın olması ilə bilənəcək.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, xəstələrin sayında artımlar 7-10 gün sonra müşahidə edilir: “Əgər insanlar qabaqlayıcı tədbirləri davam edirməsə, o zaman əvvəlki dövrə qayıdacağıq. Azərbaycanda karantin rejiminin yumşaldılmasının tez və ya gec olmasını rəqəmlərə baxaraq görə bilərik. Lakin tövsiyəm odur ki, yumşaldılmadan sonra da insanlar sosial məsafəsini qorusunlar, sanitar-gigiyena qaydalarına riayət etsinlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti