Mərkəzi Bank: Tədiyyə balansında kəsir gözlənilir

  Mərkəzi Bank:  Tədiyyə balansında kəsir gözlənilir
  01 May 2020    Oxunub:4465
"Bu il ölkənin tədiyyə balansında ümumi daxili məhsulun 3%-i qədər kəsir yaranacağını gözləyirik".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, bu il ölkənin həm idxalının, həm də ixracının azalması gözlənilir.

Valyuta axınının məhdudlaşdırılması məsələsinə münasibət bildirən E.Rüstəmov deyib: "Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib ki, ölkə üçün sosial əhəmiyyətli məhsulların idxalının dəstəklənməsinə üstünlük versinlər. Bunlar əsasən tibbi vasitələr və qidadır. Amma valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq yoxdur".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Bank  





Xəbər lenti