Palata sədri: “Ötən il 561 nöqsan aşkar edilib”

      Palata sədri:    “Ötən il 561 nöqsan aşkar edilib”
  01 May 2020    Oxunub:2517
“Hesablama Palatası tərəfindən 2019-cu ildə 47 audit, 6 analitik fəaliyyət həyata keçirilib, 43 audit icmallaşdırılıb”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palata sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, ötən müddətdə 561 nöqsan aşkar olunub ki, bu da əvvəlki illə müqayisədə 21 faiz azdır.

“2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub. 2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Ötən il palata 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib. Bunlar əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması hallarıdır. Bundan başqa, dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti