Koronavirusdan ölənlərin sayı 228 mini keçib

   Koronavirusdan ölənlərin sayı 228 mini keçib
  30 Aprel 2020    Oxunub:3335
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 232 min 490 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 228 min 513 nəfərdir. İndiyədək 1 milyon 7987 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti