Məmmədyarov Aİ rəsmisi ilə Qarabağı müzakirə edib
Telefon söhbəti zamanı tərəflər xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.
Nazir E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verib, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib.
O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.
Azvision.az
Teqlər: XİN Məmmədyarov Qarabağ Müzakirə