Koronavirusdan ölənlərin sayı 220 mini ötdü

 Koronavirusdan ölənlərin sayı 220 mini ötdü
  30 Aprel 2020    Oxunub:3362
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 173 min 442 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 220 min 414 nəfərdir. İndiyədək 985 min 180 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti