Türkiyədə ilk plazma müalicəsi alan xəstə sağaldı

Türkiyədə ilk plazma müalicəsi alan xəstə sağaldı
  28 Aprel 2020    Oxunub:2879
Türkiyədə ilk plazma müalicəsi alan koronavirus xəstəsi sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay məlumat verib.

O, bildirib ki, yeni növ koronavirusdan sağalan xəstədən toplanan plazmadan başqa bir xəstənin müalicəsində istifadə olunub. Koronavirusa yoluxmuş 56 yaşlı kişi plazma müalicəsindən 72 saat sonra sağalmağa başlayıb. O, xəstəxanada bir həftə fiziki terapiya aldıqdan sonra evə buraxılacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti