“Tədrisin əhatəliliyi 100 faizə yaxın təmin edilib” - Nazir

  “Tədrisin əhatəliliyi 100 faizə yaxın təmin edilib”  -    Nazir
  27 Aprel 2020    Oxunub:3464
Əksər özəl məktəblər fərqli formata uyğunlaşdırmaqla xüsusi platformalar üzərindən şagirdlərə məzmunun təqdim edilməsini, onlayn formatda tədrisi həyata keçirirlər.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Nazirliyə təqdim edilən məlumatlara əsasən, tədrisin əhatəliliyi 100 faizə yaxın təmin edilib.

“Özəl sektorda dövlətlə müqayisədə şagird sayı azdır. O sayda onlayn formada məzmunun çatdırılması asandır. Özəl tədris müəssisəsi bunu etmirsə, o zaman valideynlər məsələni qaldırıb, məktəb rəhbərliyi ilə müzakirə etməlidirlər. Özəl məktəblərdə xidmət təqdim edilir. Əgər təqdim edilmirsə, bu, müzakirə mövzusu ola bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir   Təhsil  





Xəbər lenti