Məktəblərlə bağlı əsas tələb açıqlandı

 Məktəblərlə bağlı əsas tələb açıqlandı
  27 Aprel 2020    Oxunub:3157
"Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində açılış həyata keçirilən zaman tibbi təhlükəsizlik çox ciddi müzakirə olunacaq".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində sanitar qaydalarla bağlı tövsiyələr birmənalı nəzərə alınacaq: "Burada şagird sıxlığı məsələsi var. Azərbaycanda şagirdlərin orta sıxlığı 20 nəfər ətrafındadır. Bəzi məktəblər var ki, orada sıxlıq çoxdur. Həmin məktəblərdə tədrislə bağlı yeni yanaşma olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Nazir  





Xəbər lenti