Azərbaycanda 95 min tələbə onlayn təhsil alır

 Azərbaycanda 95 min tələbə onlayn təhsil alır
  27 Aprel 2020    Oxunub:4479
Koronavirus pandemiyası dövründə Azərbaycanda 95 min tələbə onlayn platformalar üzərindən təhsil alır.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir: "Bu şəraitdə tələbələrə ali təhsil sahəsində məzmunun çatdırılması əsas hədəflərdəndir. Karantin müddətində 21 ali təhsil müəssisəsi onlayn formada dərslər keçir. 95 min tələbə bu imkandan istifadə edir. Hazırda bu işin daha da təkmilləşdirilməsi istiqamətində işlər gedir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Tələbə  





Xəbər lenti