Naxçıvanda sahibkarlara 12 milyon manat kredit verilib
Qeyd olunub ki, verilmiş kreditin 7 milyon 306 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 4 milyon 861 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 14 hüquqi və 697 fiziki şəxs qeydiyyata alınıb.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Azvision.az