Teledərslərin 1000-ci buraxılışı efirə gedəcək

Teledərslərin 1000-ci buraxılışı efirə gedəcək
  27 Aprel 2020    Oxunub:2736
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi təhsil sektoruna da öz təsirini göstərdi. Lakin Təhsil Nazirliyi tərəfindən çevik addımlar atıldı. Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, təhsil sahəsində görülən tədbirlər koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını alıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Koronavirus  





Xəbər lenti