“Bir çox ölkələr Azərbaycanın layihəsindən faydalandı” - Nazir

  27 Aprel 2020    Oxunub : 2877
  “Bir çox ölkələr Azərbaycanın layihəsindən faydalandı” -    Nazir
Aprelin 29-da teledərslər çərçivəsində 1000-ci buraxılış efirə gedəcək. Mart ayının 11-dən etibarən başlayan teledərslərdən yararlanan şagirdlərin sayı 1 milyon 600 min olub.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti regionda bu istiqamətdə addım atan ilk dövlət, dünyada isə ilklərdən biri olub.

“Bir sıra ölkələr Azərbaycan dövlətinin bu layihəsindən faydalandı və onlar 1 ay sonra buna başladılar. “Virtual məktəb” layihəsi çərçivəsində 650 min şagird, 50 min müəllim qeydiyyatdan keçib. Yeni reallıqlar yalnız Azərbaycanda deyil, dünyada yeni yanaşmalar ortaya qoyub. Azərbaycanda istedadlı şagirdlərin hazırlanması və beynəlxalq olimpiadalarda iştirakına önəm veririk. Avropa Qızlar Riyaziyyat Olimpiadası onlayn rejimdə keçirildi. 4 nəfərdən ibarət olimpiada komandası onlayn rejimdə hazırlaşdı və 3 bürünc medal olmaqla yüksək nailiyyət əldə etdi”, - deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir   Təhsil