BƏƏ Ermənistana tibbi yardım göndərib

  27 Aprel 2020    Oxunub : 2714
   BƏƏ Ermənistana tibbi yardım göndərib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ermənistana koronavirusla mübarizə məqsədilə tibbi yardım göndərib.
Azvision.az xəbər verir ki, bu barədə "Emirates News Agency" məlumat yayıb.

Məlumata görə, dərmanlar virusun yayılmasına qarşı mübarizədə təxminən 7 min həkimə kömək etməlidir.

BƏƏ-nin Ermənistandakı səfiri Məhəmməd İsa əl-Kattam əl-Zaabi deyib ki, ölkəsi üçün COVID-19 ilə mübarizədə digər dövlətlərə kömək etmək şərəfdir.

Xatlrladaq ki, bu günədək Ermənistanda koronavirusa 1808 nəfər yoluxub, 29 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BƏƏ   Ermənistan   Yardım