Leonid Kalaşnikov koronavirusa yoluxdu

 Leonid Kalaşnikov koronavirusa yoluxdu
  25 Aprel 2020    Oxunub:4095
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə deputat özü məlumat verib. O, hazırda xəstəxanada olduğunu bildirib.

"Hələlik müalicə alıram. Xəstəxanada yatıram", - deyə Kalaşnikov qeyd edib ki, koronavirus üçün verdiyi analizin nəticəsi mənfi çıxıb, kompüter tomoqrafiyasından istifadə etməklə xəstəliyi müəyyənləşdirmək mümkün olub.

"Analizlər təsdiqləmədi, mən özüm kompüter tomoqrafiyasına getdim və orada hər şey dərhal aydın oldu".

Kalaşnikov koronavirusa sürücüsündən yoluxduğunu deyib. Onun sürücüsündə keçən həftə virus aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kalaşnikov   Koronavirus  





Xəbər lenti