“1915-ci il hadisələri “erməni soyqırımı” kimi qəbul oluna bilməz” - Amerikalı professor

 “1915-ci il hadisələri “erməni soyqırımı” kimi qəbul oluna bilməz” -  Amerikalı professor
  25 Aprel 2020    Oxunub:7964
"Erməni silahlı qruplaşmaları 1915-ci hadisələrindən öncə qətliam xarakterli hərəkətlər ediblər. Ancaq ermənilər özlərinin məsum imicinə zərər vurmamaq üçün etdikləri qanlı qətliamları heç vaxt gündəmə gətirmirlər".
Azvision.az xəbər verir ki, bunu amerikalı professor Maykl Günter deyib.

O bildirib ki, 1915-ci il hadisələri "erməni soyqırımı" olaraq qəbul oluna bilməz: "Çünki hadisələrdən öncə erməni silahlı qruplaşmaları çox sayda türkü qətlə yetirib. Onlar Osmanlı dövlətinin çətin vəziyyətdə olmasını fürsət bilərək, Birinci Dünya Müharibəsindən ən azı 50 il qabaq qeyri-qanuni, qeyri-insani hərəkətlərə əl atırdılar. Hətta erməni silahlı qruplaşmaları 1905-ci ildə Osmanlı sultanı II Əbdülhəmidə qarşı "Ulduz Su-qəsd"i həyata keçirib.



M.Günter vurğulayıb ki, erməni silahlı qruplaşmaları 1915-ci il hadisələrindən çox əvvəl qətliamlar həyata keçiriblər və bunun nəticəsi olaraq sürgün olunublar: "Türklər bu məsələnin araşdırılmasını istəyir. Ancaq ermənilər bu araşdırmada maraqlı deyillər. Ermənilərin düşüncəsinə görə, ya bu hadisələri onları söylədiyini kimi qəbul edəcəksən, ya da heç danışmayacaqsan. Bunun elmi və məntiqi izahı yoxdur".

Kənan Məmmədov
Azvision.az



Teqlər: Qondarma-Soyqırım   Erməni  





Xəbər lenti