Rektor “Facebook”da canlı yayıma çıxacaq

Rektor “Facebook”da canlı yayıma çıxacaq
  23 Aprel 2020    Oxunub:2764
Karantin dövründə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rəhbərliyinin tələbə, müəllim, digər əməkdaşlar, eləcə valideynlərlə canlı əlaqəsinin qurulması, “Açıq qapı” ənənəsinin davam etdirilməsi və müraciətlərin dinlənilməsi məqsədilə rektor, professor Ədalət Muradov “Facebook” üzərindən canlı yayıma çıxacaq.
UNEC-dən Azvision.az -a bildirilib ki, rektor canlı yayımda müraciətləri cavablandırmaqla yanaşı, karantin dövründə universitetdə tətbiq olunan yeniliklər barədə də məlumat verəcək.

Canlı yayım aprelin 25-də saat 11-də UNEC-in rəsmi “Facebook” (https://www.facebook.com/unecedu/) səhifəsi üzərindən aparılacaq. Müraciət etmək istəyənlər suallarını canlı yayım zamanı ünvanlaya bilərlər.

Azvision.az



Teqlər: UNEC   Rektor  





Xəbər lenti