9 yaşlı qəhrəman qızcığaz- VİDEO

9 yaşlı qəhrəman qızcığaz- VİDEO
  05 Yanvar 2014    Oxunub:1112
9 yaşlı qız qardaşının doğulmasına yardım etdi...
AzVision.az “Fox 32 News”a istinadən xəbər verir ki,Amerikanın Çikaqo şəhərində yaşayan 9 yaşlı uşaq ölkə mediasının gündəmindən düşmür. Alyassa adlı uşağın məşhurlaşmasının səbəbi isə anasına qardaşını dünyaya gətirməsinə kömək etməsidir. Alyassanın anası mediaya verdiyi müsahibədə bildirib ki, qızı evdə olmasaydı, ikinci uşağını dünyaya gətirə bilməzdi: “Hamiləliyimin son günləri idi. Evdə qızımla oturduğum zaman doğum yapacağımı hiss etdim. Qızımdan kömək istədim. Alyassa soyuqqanlılıqla qardaşının dünyaya gəlməsinə kömək etdi. Uşağı adyala bükdü və boğazına dolanmış bağırsağı çıxardı”.

9 yaşlı qız isə bir müddət əvvəl uşaqların dünya gəlməsi haqda sənədli film izlədiyini, ona görə də qardaşının dünyaya gəlməsinə kömək edə bildiyini açıqlayıb. Qardaşı dünyaya gəldikdən sonra qonşulara xəbər verən qız, anası ilə birlikdə xəstəxanaya gedib.

Chicago News and Weather | FOX 32 News


Teqlər:  





Xəbər lenti