Elmi tədqiqat: COVİD-19-un radioloji aspektləri - VİDEO

    Elmi tədqiqat:  COVİD-19-un radioloji aspektləri -    VİDEO
  22 Aprel 2020    Oxunub:4872
İndi mediada, sosial şəbəkələrdə, həm də elmi araşdırmalarda COVİD-19 pnevmoniyasının epidemiologiyası, kliniki simptomatikası, profilaktikası və digər aspektləri haqqında vaxtaşırı maarifləndirici məlumatlar verilir. Bəs COVİD-19 xəstəliyinin dəyərləndirilməsində radioloqlar hansı məqamlara diqqət yetirməlidirlər?
Azvision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası kafedrasının müdiri Məlahət Sultanova “COVID-19 Pnevmoniyası: Radioloji Aspektləri” mövzusunda elmi tədqiqatlar aparıb.



M.Sultanova ümumbəşəri problem COVID-19 infeksiyasının diaqnostikası ilə bağlı radioloqlar və klinistlər üçün indiyədək önəmli olan araşdırmaların nəticələrini açıqlayıb:

“Hər bir sahədə olduğu kimi bu xəstəlikdə də radioloqlar COVİD-19 ailəsinin ayılmaz üzvüdürlər. Xəstəliyin kliniki təqibi ilə yanaşı, radioloji dinamikası proqnostik cəhətdən mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl bununla bağlı dünyada mövcud elmi araşdırmaların nəticələrini həmkarlarıma təqdim etmişdim. Bu gün isə COVİD-19 diaqnostikasında əsas kriteriyalar, onların görüntüsünü açıqlamışam. Araşdırmanın özəlliyi ondadır ki, burada Azərbaycanda olan təcrübə əlavə olunub, tədqiqatda öz müşahidələrimizi bölüşmüşük, öz xəstələrimizlə bağlı nəticələri göstərmişik”.

M.Sultanova bildirib ki, bu təqdimatda dünya üzrə aparılan araşdırmaların nəticələri ilə yanaşı, azərbaycanlı həkimlərin əldə etdiyi nəticələrin yer alması önəmlidir: “Biz xəstələri yalnız müşahidə və müalicə etməklə kifayətlənmirik. Həm də xəstəliyin diaqnostikası və müalicəsinin elmi nəticələrini açıqlayır, məsələyə akademik baxımdan yanaşırıq”.

Qeyd edək ki, ATU əməkdaşı M.Sultanova Azərbaycanda bu sahədə əldə olunan təcrübənin nəticələri ilə bağlı bəzi elmi məqalələri xarici jurnallara da təqdim edib.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti