"Temperaturu yüksək olanlar imtahana buraxılmayacaq" - DİM sədri

   "Temperaturu yüksək olanlar imtahana buraxılmayacaq" -    DİM sədri
  21 Aprel 2020    Oxunub:3314
"Onlayn və oflayn imtahanlar eyni zamanda keçirilə bilər. Onlayn imtahanlarda kiminsə evdə internetinin və avadanlıqlarının olması vacibdir və bu iştirakçı tərəfindən təmin edilir".
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Oflayn imtahanda kompüterləri, interneti özümüz təmin edirik. Bu məsələlər müzakirə edilir. Ölkədəki vəziyyət müzakirə olunur və nə mümkündürsə, ona uyğun tədbirlər görüləcək".

M.Abbaszadə şagirdlərin imtahan binalarına girişindən öncə temperaturlarının ölçüləcəyini və yüksək temperaturu olanların imtahana buraxılmayacağını bildirib.

"Əgər imtahan bir dəfə keçirilsə, onlar üçün yenidən imtahanın keçirilməsi nəzərdə tutulmur. Amma ölkədə ikinci imtahanın keçirilməsinə icazə olarsa, onda həmin şəxslərin yenidən imtahanda iştirak etmək şansı olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti