DİM: İmtahana virusla bağlı suallar salınacaq

      DİM:    İmtahana virusla bağlı suallar salınacaq
  21 Aprel 2020    Oxunub:3667
"Yeni imtahanların qrafiki tərtib olunanda, biz proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq"
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, proqramdan nə isə çıxarmaq və əlavə etmək olar: "Məsələn, biologiyada virusla bağlı suallar da olacaq. Hər bir imtahan elan ediləndə proqramın təsdiqlənməsini və edilən dəyişiklikləri deyəcəyik".

M.Abbaszadə bildirib ki, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfdir: "Kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Ona görə də bütün alternativ addımları nəzərdən keçiririk".

DİM sədri vurğulayıb ki, mart ayında 9-cu siniflər, aprel ayında isə 11-ci siniflər üçün imtahanlar keçirilməli idi. "İmtahanda bağlı proqramlar noyabr, dekabr ayında nəzərdə tutulub. Şagirdlərin onlayn və televiziyada olan dərslərdə iştirak edir. Karantin dövründə 150-dən çox dərs "youtube" kanalında yerləşdirilib. Kimsə dərsdə iştirak etməyibsə, kanalımızda dərsi tapıb yenidən baxa bilər. Dərslərin 2 ay olmaması şagirdlərə psixoloji cəhətdən təsir edir. Həmin şagirdlərin dərsi mənimsəniməsı üçün şərait yaradılıb".

Azvision.az



Teqlər:





Xəbər lenti