Qusarda yol qəzası ölümə səbəb oldu

Qusarda yol qəzası ölümə səbəb oldu
  20 Aprel 2020    Oxunub:3309
Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 19-da saat 23 radələrində Qusar rayonunun Həsənqala kəndi ərazisində kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişin Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti