“ASAN Məktub” ahılları sevindirməkdə davam edir
Belə ki, www.asanmektub.az saytında yerləşdirilmiş məktublardan bir qismi Dövlət Gömrük Komitəsi tərəfindən öhdəliyə götürülüb. Müraciətlər üzrə alınmış ərzaq məhsulları Könüllü gömrükçülər, ASAN könüllüləri və "Ailəm" könüllüləri tərəfindən Bakı şəhəri ilə yanaşı, ətraf kənd və qəsəbələrdə yaşayan tənha və ahıl şəxslər arasında paylanılıb.
Bu gün ölkədə tətbiq olunan xüsusi sosial təcrid vəziyyətində gücləri birləşdirmək və bir-birimizə yardım göstərmək zamanıdır. Həssas və risk qrupundan olan ailələrə, köməyə ehtiyacı olan şəxslərə, xüsusən də tənha və yaşlı insanlara yardım əli uzatmaqla onlara öz dəstəyimizi göstərə bilərik. https://we.tl/t-KH83p2mXtB
Azvision.az
Teqlər: ASAN-Məktub