Karantin rejimini pozan daha 3 nəfər həbs edildi

Karantin rejimini pozan daha 3 nəfər həbs edildi
  17 Aprel 2020    Oxunub:2713
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, mütəmadi olaraq, küçə və prospektlərdə post-patrul maşınlarından səsgücləndiricilər vasitəsi ilə operativ qərargahın tələbləri səsləndirilir. Həmçinin qonşu rayonlarla sərhəddə postlar qurulub, rayona giriş-çıxış nəzarətə götürülüb.

Bundan başqa, əhalinin sıx toplaşacağı ərazilər də polis tərəfindən müşahidə altında saxlanılır. Sakinlərə sosial məsafənin qorunması və digər təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur. Eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 82 nəfərə protokol tərtib edilib, 3 nəfər inzibati qaydada həbs edilib.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Azvision.az


Teqlər: DİN   Karantin   Beyləqan  





Xəbər lenti