“Dünyanın heç yerində belə təcrübə yoxdur” - Siyavuş Novruzov

   “Dünyanın heç yerində belə təcrübə yoxdur” -    Siyavuş Novruzov
  17 Aprel 2020    Oxunub:2751
“Bələdiyyə seçkiləri haqqında” qanun ayrıca olmalıdır, Seçki Məcəlləsindən çıxarılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bir kənddə seçiləcək bələdiyyə üzvü ilə prezidentliyə namizədlərin eyni sənədləri toplaması tələb olunur. Bu, doğru deyil:

“Eyni zamanda, əmlakla, gəlirlərlə bağlı digər məsələlərdə də kifayət qədər problemlər yaranır. İkincisi, dünyanın heç yerində belə təcrübə yoxdur ki, ölkənin bütün ərazisində eyni gündə bələdiyyə seçkisi keçirilsin. Bələdiyyələrə adətən hissə-hissə seçkilər keçirilməlidir. Bələdiyyə seçkilərində ən yuxarı orqan dairə seçki komissiyaları olmalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti