Qaxda 17 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

   Qaxda 17 subartezian quyusu qazılacaq -  SƏRƏNCAM
  16 Aprel 2020    Oxunub:2600
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da “Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Subartezian quyuları hərəsində bir ədəd olmaqla, aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Qax şəhəri, Almalı, Baydarlı, Dəymədağlı, Əlibəyli, Güllük, İbaxlı, Kiçik Alatəmir, Qaradolaq, Qındırğa, Qıpçaq, Qorağan, Lələpaşa, Marsan, Turaclı, Uzuntala və Zərnə kəndləri.

Azvision.az


Teqlər: Qax   İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti