Gömrükçülər daha 80 ailəyə yardım ediblər

Gömrükçülər daha 80 ailəyə yardım ediblər
  16 Aprel 2020    Oxunub:1700
Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 80 ailəyə yardım ediblər.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi və idarənin “Biləsuvar” gömrük postunun, DGK İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Azvision.az


Teqlər: DGK   Gömrük   Ailə   Yardım  





Xəbər lenti