Trampa ÜST-ə alternativ qurum yaratmaq təklif edildi

   Trampa ÜST-ə alternativ qurum yaratmaq təklif edildi
  13 Aprel 2020    Oxunub:2594
Ağ Ev rəsmiləri ABŞ Prezidenti Donald Trampa Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ qurum yaratmağı təklif edirlər.
Azvision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Alternativ qurumun Birləşmiş Millətlər Təşkilatının HİV və QİÇS üzrə birgə proqramının - UNAİDS-in əsasında yaradılması nəzərdə tutulur. Sözügedən qurum 1990-cı illərin ortalarında ÜST-in QİÇS problemini həll etməsindən narazı qalındığı üçün yaradılıb.

Bu cür fikirlər Ağ Evin bəzi işçiləri, o cümlədən ABŞ Milli Təhlükəsizlik Şurasının üzvləri tərəfindən irəli sürülür. Həmin şəxslərin bir çoxu Çinə qarşı sərt siyasət aparır.

Daha əvvəl D.Tramp koronavirusla bağlı vəziyyətdə uğursuz qərarların qəbulu səbəbiylə ÜST-ün maliyyələşdirilməsinin dayandırılacağının mümkünlüyünü bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ÜST  





Xəbər lenti