Bir çox ölkələr Azərbaycandakı icazə sistemini tətbiq etmək istəyir

 Bir çox ölkələr Azərbaycandakı icazə sistemini tətbiq etmək istəyir
  13 Aprel 2020    Oxunub:5748
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi karantin rejimində insanların hərəkətini idarə etmək üçün yaradılmış icazə sistemi (icaze.e-gov.az/ portalı) artıq bir sıra ölkələrin marağına səbəb olub.
Azvision.az -ın məlumatına görə, bəzi ölkələr Azərbaycanda istifadəyə verilən icazə sistemini tətbiq etmək istəyirlər. Bunların sırasında Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri də var.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimində vətəndaşların hərəkəti “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə tənzimlənir. Hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və bir çox özəl təşkilatların əməkdaşlarının məlumatları “icaze.e-gov.az” portalında yerləşdirilib. Həmin şəxslər SMS sisteminə bildiriş göndərmədən evdən çıxa bilirlər. Digər vətəndaşlar isə evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Azvision.az



Teqlər: SMS   ASAN-Xidmət   İcazə   Sistem  





Xəbər lenti