Şabranda ağır yol qəzası: 3 nəfər öldü

Şabranda ağır yol qəzası:    3 nəfər öldü
  11 Aprel 2020    Oxunub:6074
Aprelin 10-da saat 22 radələrində Şabran rayonunun Hacıqaraqaşlı kəndi ərazisində şəhər sakini B.Şahverdiyev idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarındakı kanala aşıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildəki sərnişinlər - rayon sakinləri Vüsal Zəkiyev, Elnur Babayev və onun qardaşı Cəlal hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şabran Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Şabran   Qəza   DİN  





Xəbər lenti