Bakıda evdən 84 yaşlı qadının meyiti tapıldı

  10 Aprel 2020    Oxunub : 1320
Bakıda evdən 84 yaşlı qadının meyiti tapıldı
Paytaxtda mənzildə meyit aşkarlanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Nəbiyeva Yavər Böyükağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN