Narkotacirdən 3 kq marixuana və tapança götürüldü

Narkotacirdən 3 kq marixuana və tapança götürüldü
  10 Aprel 2020    Oxunub:2138
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar ediliərək götürülüb.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti