Nazarbayevin qızı və nəvəsi məhkəmədə qalib gəldi

Nazarbayevin qızı və nəvəsi məhkəmədə qalib gəldi
  09 Aprel 2020    Oxunub:1948
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva və nəvəsi Nurali Əliyev Böyük Britaniyada əmlakla bağlı məhkəmə işini udub.
Azvision.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Məlumatda vurğulanıb ki, Böyük Britaniyanın Ali Məhkəməsi Britaniya Milli Cinayət Agentliyinin səhvən Nazarbayevin qızı və nəvəsinin Londonda sahib olduğu 80 milyon funt sterlinq dəyərindəki daşınmaz əmlakın təmiz yolla alınmadığını iddia edib.

Eyni zamanda, Böyük Britaniyanın Milli Cinayət Agentliyi məhkəmə qərarından şikayət etməyi planlaşdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nazarbayev   Məhkəmə  





Xəbər lenti