Təcili yardıma gün ərzində 1800-ə yaxın müraciət olur

  08 Aprel 2020    Oxunub : 1457
Təcili yardıma gün ərzində 1800-ə yaxın müraciət olur
Gün ərzində təcili yardıma 1700-1800 müraciət olur. Müraciətlərin 80-90 faizi digər resperator infeksiyalarla əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir çox pasiyentlər gecikmiş formada müraciət edirlər.

“Onlar ağırlaşmış halda bizə müraciət edirlər. Digər ölkələrin təcrübəsi göstərir ki, antivirus müalicəyə nə qədər erkən başlanılsa, müalicə bir o qədər effektiv ola bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Koronavirus