Partlayışda yaralanan Fələstin səfiri öldü - VİDEO

Partlayışda yaralanan Fələstin səfiri öldü - VİDEO
  02 Yanvar 2014    Oxunub:1125
Öz iqamətgahında baş verən partlayış nəticəsində xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada çərşənbə günü aldığı xəsarətlərdən ölüb. AzVision.az xarici mənbəyə istinadən xəbər verir ki, Fələstinin Çexiyadakı səfiri Camal Məhəmməd Camal bundan öncə çərşənbə günü ağır vəziyyətdə Praqanın baş hərbi hospitalına yerləşdirilib. Səfirliyin nümayəndəsi çərşənbə günü bildirib ki, partlayış Praqa-6 rayonunun Beynəlmiləl küçəsində səfirinin evində baş verib. Səfirin mənzili Praqanın elit rayonunda, çoxsaylı xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə idi. Partalyış anında evdə diplomat və onun ailə üzvləri olub. Təxribatın motivi bəlli deyil. Fərziyələrdən birinə görə, partlayış səfir seyfi açan zaman, digər ehtimala görə, diplomat aldığı bağlamanı açdığı vaxtda baş verib.




Teqlər:  





Xəbər lenti