Ölkədə koronavirusa yoluxanların sayı 717-yə çatdı

 Ölkədə koronavirusa yoluxanların sayı 717-yə çatdı
  07 Aprel 2020    Oxunub:2501
Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayı açıqlanıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti