Səfir partlayışda xəsarət alıb

Səfir partlayışda xəsarət alıb
  01 Yanvar 2014    Oxunub:1007
Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində xəsarət alıb.
Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində xəsarət alıb. AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın ÇTK agentliyi məlumat verib.

"Səfir və onun ailəsi partlayış zamanı evdə olub", - səfirliyin nümayəndəsi Nabil əl-Fahel bildirib.

"Səfirliyin məlumatına görə, səfir yaralanıb. Dəqiq bilmirik, nə baş verib", - əl-Fahel bildirib.

Xilasetmə xidmətinin mətbuat katibi İrjina Ernestova ÇTK agentliyinə təsdiqləyib ki, "yaralını hospitala gətirirlər", lakin onun şəxsiyyətini dəqiqləşdirməyib.

Assoşieyted Press agentliyinin məlumatına görə, partlayış Praqanın altıncı dairəsindəki Suxodol rayonunda yerləşən diplomatın evində baş verib.


Teqlər:  





Xəbər lenti