Ebru Gündeş ifadə verib

Ebru Gündeş ifadə verib
  01 Yanvar 2014    Oxunub:1070
Məşhur türk müğənnisi Ebru Gündeşin həbs edildiyi xəbəri yayılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbərə verir ki, həyat yoldaşı Rza Zərrabın həbs olunduğu korrupsiya və rüşvət qalmaqalından sonra mütamadi Metrisdəki həbsxanada əri Rza Zərraba baş çəkən məşhur müğənni bu gün səhər həbs edilib. Böyük qardaşı Çingiz Kumartaşlıoğlu və vəkili Şeyda Yıldırım ilə birlikdə polisə dəvət edilən müğənni korrupsiya qalmaqlı ilə bağlı ifadə verib. Məşhur müğənni 3 saat ifadə verdikdən sonra sərbəst buraxılıb.


Teqlər:  





Xəbər lenti