7 saylı cəzaçəkmə müəssisəsindən 6 nəfər azadlığa buraxıldı
Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüdlüdür.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Azvision.az