Dünya ölkələrinin yeni il atəşfəşanlığı - VİDEO

Dünya ölkələrinin yeni il atəşfəşanlığı - VİDEO
  01 Yanvar 2014    Oxunub:1495
2014- cü il Sidneyə Xarbor-Bridj körpüsündə göstərilən möhtəşəm atəşfəşanlıq şousu müşaiyəti ilə girdi.
Yeni ili qarşılamağa isə Sidney buxtasında yarım milyona yaxın insan yığışmışdı. AzVision.az “euronews”a istinadən xəbər verir ki, bayrama ovqatına isti yay havası da müsbət təsir edirdi. Gecəyarı Avstraliyanın ən böyük şəhərində 22 dərəcə isti müşaiyət olunurdu. Buna görə də Avstraliyalıların əksəriyyəti bayramı təbiətin qoynunda keçirməyə üstünlük verib.

Bundan iki saat sonra isə yeni il Çinə çatır. Ölkədə yalnız bir vaxt zonası olduğu üçün bütün 1 milyard 300 milyon adam eyni zamanda bayramı qarşıladı. Şanxayda atəşfəşanlıq Yantszı çayı sularında əks olunaraq inanılmaz effekt verirdi.

Tayvanda isə balaca biyabırçılıq baş verdi. Səmaya buraxılan nəhəng sarı ördək havada partlayıb. Məlum olub ki, Tayvanlıların yeni ili belə qarşılamaq cəhdi qıraqdan uçan qartalların xoşuna gəlməyib və nəhəng ördəyə hücum ediblər.





Teqlər:  





Xəbər lenti