Peşə təhsili üzrə teledərsin cədvəli

Peşə təhsili üzrə teledərsin cədvəli
  06 Aprel 2020    Oxunub:1881
“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə aprelin 6-sı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu gün saat 16:30-da Avtomobil diaqnostikası və təmiri ixtisası üzrə - Avtomobil mühərrikində istifadə olunan yağlar və yağlanmada olan qüsurlar; 16:43-də Aşpaz ixtisası üçün Tərəvəzli qaymaqlı toyuğun hazırlanması dərsləri olacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Azvision.az



Teqlər: Teleders  





Xəbər lenti