Koronavirusdan sağalan 86 yaşlı qadın: “Həyatınızı təhlükəyə atmayın”

Koronavirusdan sağalan 86 yaşlı qadın:  “Həyatınızı təhlükəyə atmayın”
  05 Aprel 2020    Oxunub:2855
Türkiyədə xroniki xəstəlikdən əziyyət çəkən Rəsmiyə İşıq adlı 86 yaşlı qadın koronavirusa qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

R.İşıq sağaldığına görə çox sevincli olduğunu deyib: "Xəstəliyə qalib gəldim. Çox sevincliyəm. Allah hər kəsi qorusun".

86 yaşlı qadın vətəndaşlara çağırış edərək bildirib ki, evdən çıxmasınlar, özlərinin və digərlərinin həyatını təhlükəyə atmasınlar.





Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Xəstəlik  





Xəbər lenti