İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək

   İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək
  05 Aprel 2020    Oxunub:7741
Azərbaycanda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

Tələbələrin təhsil haqqı xərcləri üçün 40 milyon manat vəsait ayrılıb.

Azvision.az



Teqlər: Tələbə   Təhsil  





Xəbər lenti