İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

  02 Aprel 2020    Oxunub : 1627
İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi
İranda koronavirusa yoluxanların sayı 50 min 468 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, son 24 saat ərzində 2875 nəfərdə virusa yoluxma aşkarlanıb.

Bundan başqa, koronavirus qurbanlarının sayı 124 nəfər artaraq ümumilikdə 3160 olub. İndiyədək virusa yoluxanlardan 16 min 711 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   koronavirus