İran Qarabağdakı qanunsuz “seçkilər”in əleyhinədir

  31 Mart 2020    Oxunub : 2041
İran Qarabağdakı qanunsuz “seçkilər”in əleyhinədir
İran Xarici İşlər Nazirliyi (XİN) 31 mart 2020-ci il tarixində qondarma “Dağlıq Qarabağ Respublikasında” təşkil olunması nəzərdə tutulan “prezident” və “parlament” seçkiləri ilə bağlı məlumat yayıb.
İranın Azərbaycandakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, İran XİN-in sözçüsü Seyid Abbas Musəvi bildirib ki, ölkəsi regionda gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.

"Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir".

İran XİN-in sözçüsü qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.

Azvision.az

Teqlər: İran   XİN