“Dərs vaxtı”nın sabaha olan proqramı

  30 Mart 2020    Oxunub : 2058
“Dərs vaxtı”nın sabaha olan proqramı
Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 31-i üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün 10:00-da - Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:45-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:35-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:15-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:55-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:20-də I siniflərə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:20-də VII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:05-də IX siniflərə Rus dili, Riyaziyyat, Fizika dərsləri keçiriləcək.

Azvision.az

Teqlər: Dərs-Vaxtı