Parlamentə deputatlar üçün tibbi maskalar gətirildi

  30 Mart 2020    Oxunub : 1678
 Parlamentə deputatlar üçün tibbi maskalar gətirildi
“Milli Məclisin iclasında iştirak edən deputatlardan kim istəyirsə, tibbi maskalardan istifadə edə bilər”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, deputatların tibbi maskalardan istifadə ilə bağlı xahişini nəzərə alaraq Milli Məclisin girişində stolun üstünə tibbi maskalar qoyulub: “Kim istəsə həmin tibbi masklardan istifadə edə bilər”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis